ABŞ səfirliyi Amerika vətəndaşlarını Abşeronu tərk etməməyə çağırıb
25 sentyabr axşamı ABŞ-ın Bakıdakı səfirliyinin saytında ABŞ vətəndaşlarına bir müraciət dərc olunub. Məlumatda deyilir:
“ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinin bir hissəsi boyunca artan gərginlik və son zorakılıqlar səbəbindən Abşeron yarımadasını tərk etmə planlarına yenidən baxmağa çağırır”.
ABŞ-ın Bakıdakı səfirliyi ABŞ səfirliyi işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb.
ABŞ vətəndaşlarına yerli xəbərləri və tədbirləri izləməyə davam etmələri tövsiyə olunur.
Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı olmağa və hər hansı bir kütləvi nümayişdən çəkinməyə çağırır. “Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək ”deyə müraciətdə bildirilir.
.
Dünən həmçinin Ermənistandakı ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanla həmsərhəd Tavuş vilayətindən və Dağlıq Qarabağdan uzaq durmağa çağırıb.
“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin tövsiyəsində bildirilir.
Ermənistandakı ABŞ vətəndaşlarına M4 və M16 magistral yollarından şərqdəki əraziyə getməmək də tövsiyə olunur.
Basta