Moskvada yaşı 65-dən çox olanlar yenidən evlərə qapadılır
Rusiya paytaxtı Moskva şəhərində koronavirus səbəbindən əhalinin ən həssas kateqoriyası üçün xüsusi tədbirlər tətbiq edilir.
.
Beləliklə, 28 sentyabr bazar ertəsindən:
1) 65 yaşdan yuxarı moskvalılar və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlar xüsusi ehtiyac olmadan evlərini tərk etməməlidirlər;
2) 65 yaşdan yuxarı işləyən təqaüdçülərə və xroniki xəstəlikləri olan şəxslərə distant formata keçmək və ya tətilə getmək tövsiyə olunur;
3) müəssisə rəhbərlərinə mümkün qədər çox işçini yenidən distant rejimə keçirtmələri və iş yerlərində sanitariya və epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi uyğunluğunu təmin etmələri tövsiyə olunur.
.
Rusiyada son bir gündə 7212 nəfərdə koronavirus aşkar edilib. Bu, 7658 nəfərə koronavirus diaqnozu qoyulduğu 28 iyundan bəri ən böyük göstəricidir.
.
Son bir gündə baş verən yeni yoluxmaların əksəriyyəti Moskvada qeydə alinib – 1560 nəfər, bu bir gün əvvəlkindən 510 nəfər çoxdur.
.
Basta