Trampın Aİ-yə tarif təhdidi ABŞ-ın fond bazarını çökdürdü
Amerika şirkətləri 1 saata 500 milyard dollar itirdi
ABŞ fond bazarı çərşənbə günü görünməmis şok yaşayıb. Prezident Donald Trampın Avropa İttifaqından gələn məhsullara 25 faizlik rüsum tətbiq edəcəyi barədə açıqlamasından sonra fond nazarı çöküb. Bir saat ərzində 500 milyard dollarlıq itki qeydə alınıb.
“Avropa illərdir bizdən gəlir götürürdü, amma indi bitdi”, – deyən prezident yaxın günlərdə tarifləri tətbiq edəcəyi ilə Aİ-ni təhdid edib.
Bazar bu bəyanata ildırım sürəti ilə reaksiya verib: Dow Jones indeksi bir neçə dəqiqə ərzində 1200 bənd düşdü, S&P 500 3%-dən çox dəyər itirdi, Nasdaq isə 4% ucuzlaşdı. Amerika şirkətlərinin ümumi bazar kapitallaşması kiçik ölkənin illik ÜDM-inə bərabər olan yarım trilyon dollar azalıb. Analitiklər qeyd edirlər ki, belə çöküş sadəcə emosional reaksiya deyil, artan qeyri-müəyyənlik şəraitində biznesin dərin böhranına işarədir.
Bu, Trampın tarif açıqlamaları ilə bazarları sarsıdan ilk hal deyil. İlin əvvəlindən o, Kanada və Meksikadan idxala 25 faiz, Çindən gələn mallara isə 10 faiz rüsum tətbiq edib ki, bu da cavab tədbirləri görməyə və qlobal ticarətdə ümumi geriləməyə səbəb olub.
Trampın Kanada və Meksikadan sonra ABŞ-ın ən böyük ticarət tərəfdaşı olan Aİ ilə qarşıdurma istiqamətindəki kursu biznes dairələrində böyük narahatlıq yaradıb.
Ekspertlər xəbərdar edir ki, yeni tariflər Avropa dan ABŞ-a satılan avtomobillərin, şərabın və elektronikanın qiymətlərini artıraraq, Amerika istehlakçılarına zərər verəcək, həmçinin transatlantik daşımalardan asılı olan şirkətlərin qazancını aşağı salacaq.
Trampın ötən aydan başlayan tarif təhdidləri nəticəsində Ford və General Motors kimi avtomobil istehsalçılarının səhmləri 5%-ə qədər dəyər itirib.