Türkiyə XİN-dən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT: “Azərbaycana dəstəyimiz tamdır”
Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Katibi Hami Aksoy Ermənistanın Azərbaycana qarşı bu gün səhər saatlarından başlanan təxribatçı hücumuna dair suala cavab olaraq açıqlama verib.
.
“Ermənistan Silahlı Qüvvələrinin bu səhər atəşkəsi pozaraq, Azərbaycan ordusu və Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutmasını öyrəndik.
.
Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirdi.
.
Əlbəttə ki, Azərbaycan xalqını və ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcək. Bu müddətdə Türkiyənin tək bir ürək olaraq Azərbaycana dəstəyi tamdır. Azərbaycan necə istəsə, o cür yanında olacağıq.
Beynəlxalq ictimaiyyəti də haqlı olanın yanında olmağa dəvət edirik.
Bu münasibətlə şəhid azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa və Can Azərbaycana başsağlığı diləyirik”, – deyə açıqlamada qeyd edilir.
.