Ukraynada iki Çin vətəndaşı əsir götürüldü

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürüb. Bu haqda Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Çin vətəndaşlarının Rusiya ordusunun digər bölmələrində döyüşdüyü barədə də Kiyevin məlumatı var. Prezident Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinə “dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə cavab vermək niyyətində olduğunu öyrənməyi” tapşırıb.