ABŞ Konqresindən Tofiq Yaqubluya azadlıq tələbi

ABŞ Konqresinin İnsan Hüquqları üzrə Komissarı Tom Lantos Human Rights Commission Azərbaycan hakimiyyətini Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azadlığa buraxmasın tələb edib. Bu haqda siyasətçinin qızı Nigar Həzi məlumat yayıb. 

“Müxalifət lideri Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb, ancaq səhhəti kritikdir. Azərbaycan hökuməti nəzarətində saxladığı Tofiq Yaqublunu zəruri tibbi müalicə ilə təmin etməsinə zəmanət verməlidir. O, dərhal və qeyd-şərtsiz azad edilməlidir”.

Tom Lantos ABŞ Konqresinin və Demokrat Partiyasının veteran üzvlərindən biridir.