Tramp 10 il ərzində gəlir vergisi ödəməyib – Araşdırma
.
ABŞ Prezidenti Donald Tramp prezident seçilməzdən əvvəl böyük bizneslə məşğul olsa da, azı 10 il müddətində gəlir vergisi ödəməyib.
.
New York Times qəzeti Trampa məxsus olan yüzlərlə şirkətin son 20 il ərzindəki vergi məlumatlarını araşdırıb. Qəzetin yazdığına görə, 2016-cı ildə Trump prezident olanda 750 dollar gəlir vergisi və 2017-ci ildə eyni məbləğdə vergi ödəyib. Tramp vergi ödəməmək üçün şirkətlərinin qazandıqdan daha çox pul itirdiyi barədə hesabatlar verib.
.
Məsələn, Tramp Avropada ona məxsus olan üç qolf meydançası, Vaşinqtonda bir otel və Trump National Doral Miami şirkətinin, ona 2010-2018-ci illərdə ümumilikdə 150 milyon dollar zərər vurduğunu iddia edib.
.
Qəzet yazır ki, Trampın prezident kimi təqdim etdiyi bəyannamələr “maddi vəziyyətinin təhrif olunmuş bir mənzərəsini göstərir, çünki onlar sadəcə mənfəəti deyil, gəliri bildirir”. 2018-ci ildə Tramp öz gəlirlərinin bəyannaməsində 434.9 milyon dollar qazandığını göstərib, lakin vergi hesabatında 47.4 milyon dollar zərərə düşdüyünü iddia edib.
.
NYT əlavə edir ki, Tramp prezident olduğu ilk iki ildə xaricdən 73 milyon dollar gəlir əldə edib. Bu məbləğin böyük hissəsi İsveç və İrlandiyadakı golf meydançalarının payına düşür. Gəlirin hissəsi isə “avtoritar liderləri və ya mürəkkəb geopolitikası olan ölkələrdə” olan müqavilələrdən gəlir. Məsələn, Tramp Filippində üç milyon dollar, Türkiyədə bir milyon dollar gəlir əldə edib.
.
Tramp vergidən yayındığı barədə ittihamları qəti şəkildə inkar edir. O, keçirdiyi mətbuat konfransında iddiaları “saxta xəbər” adlandırıb. Trampın dediyinə görə, vergi bəyannamələri nəzərdən keçirilir və sənədləri açıqlamaq üçün nəticələrini gözləyir. Hərçənd NYT, Trampın 2014-cü ildən bəri bu vədi verdiyini, lakin ortaya bir sənəd qoymadığını xatırladır.
.
Basta
.