Ukrayna NATO büdcəsinə daxil oldu — tarixi addım

Mustafa Hacıbəyli

NATO-nun dünənki sammitində nəhayət qərar verildi ki, üzv ölkələr öz müdafiə xərclərini artıraraq, ÜDM-lərinin 3,5%-ni birbaşa hərbi məqsədlərə, 1,5%-ni isə əlavə müdafiə sahələrinə xərcləməlidirlər.

Ən önəmlisi isə odur ki, Ukraynaya göstərilən hərbi yardım bu xərclərə aid ediləcək. Yəni, Avropa ölkələri Ukraynaya silah-sursat göndərməklə həm də NATO qarşısında öhdəliklərini yerinə yetirmiş sayılacaqlar. Bu isə Ukrayna ordusu üçün stabil təchizat deməkdir.

Bu qərar sayəsində Ukrayna faktiki olaraq NATO-nun maliyyə sisteminə daxil olur – quruma üzv olmadan.

Bu qərar təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın müdafiə qüdrətini artıracaq.

Rusiya üçün isə bu qərar o deməkdir ki, nə Ukraynanı işğal etmək planı, nə də NATO-nu parçalamaq strategiyası işləmədi – əksinə, Qərb daha dayanıqlı şəkildə səfərbər olur.

Basta