Belarus qoşunları Ukraynaya daxil oldu

Məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.

 

Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, Belarus müharibəyə girib.

 

“Belarus qoşunları Çerniqov vilayətinə daxil olub”, – məlumatda deyilir.

 

Unuian.net-in məlumatına görə, Ukraynanın Slabin, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri Belarus ordusunun üzərində ağ dairə çəkilmiş hərbi maşınlarla irəlilədiyi barədə xəbər verirlər.

 

Mixailo-Kotsiubinsky’nin yerli sakinlərinin dediyinə görə, 33 maşından ibarət olan kolonda 11 “Qrad” qurğusu var.

 

Xatırladaq ki, fevralın 24-də Rusiya Federasiyası  Ukraynaya hücum edib.  İşğalçılar təkcə hərbi hissələri, hava limanlarını tutmur, həm də şəhərin mülki əhalisini və hündürmərtəbəli binaları atəşə tuturlar. Rusiya qoşunları Belarus ərazisindən Ukraynaya daxil olur.

 

Basta