Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib
Energetika sahəsində:
Rusiya xam nefti üçün qiymət tavanı G7 ölkələri üçün 60 dollardan 47,6 dollara endirilir.
“Şimal axını-1” və “Şimal axını-2” boru kəmərləri ilə bağlı Aİ operatorlarına əməliyyat aparmaq qadağan edilir.
Rusiya xam neftindən hazırlanmış neft məhsullarının üçüncü ölkələr (məsələn, Hindistan, Türkiyə) vasitəsilə idxalı qadağan edilir.
Sanksiyalardan yayınmanın qarşısını almaq üçün 77 gəmi “kölgə donanması” siyahısına əlavə olunur.
Maliyyə sektoru üzrə:
Rusiyanın daha 22 bankı ilə istənilən maliyyə əməliyyatı tam qadağan olunur.
Sanksiyaların pozulmasına şərait yaradan üçüncü ölkələrin maliyyə operatorlarına da qadağalar tətbiq olunur.
Rusiya İnvestisiya Fondu və onun törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq olunur – sənaye modernizasiyasının maliyyələşdirilməsi məhdudlaşdırılır.
İxrac məhdudiyyətləri:
Kritik texnologiyalar və sənaye mallarının (maşınqayırma, metallar, plastik, kimyəvi maddələr, pilotsuz uçuş aparatları və silahlar üçün ikili təyinatlı texnologiyalar) Rusiyaya ixracı qadağan edilir.
Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən 22 rus və xarici şirkət (o cümlədən Çin və Belarusdan olanlar) sanksiya siyahısına daxil edilib. Hazırda bu siyahıda 800-dən çox şirkət var.
Cavanşir Əhməd