İlham Əliyev: “AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiyadan cavab almamışıq”

“Təəssüf olsun ki, AZAL təyyarəsinin Aktaudakı qəzası ilə bağlı biz Rusiya tərəfindən heç bir cavab almamışıq”.

APA xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

O bildirib ki, artıq hadisədən 7 ay keçib: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik. Və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii idi”.