Azərbaycan avtoritar ölkələr sırasında

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı keçmiş SSRİ məkanı və Şərqi Avropa ölkələrini əhatə edən demokratiya hesabatı yayıb. Novator.az-ın məlumatına görə, Qırğızıstan (100 mümkün baldan 11 bal), Qazaxıstan (5 bal), Özbəkistan (3 bal), Belarus (2 bal), Azərbaycan, Rusiya, Tacikistan (1 bal), Türkmənistan (0 bal) qatı avtoritar ölkələr siyahısında gedir.

Hibrid rejimlər (yarı avtoritar, yarı demokratik) belə sıralanır: Albaniya, Monteneqro, Şimali Makedoniya (46 bal), Macarıstan, Serbiya (43 bal), Ukrayna (40 bal), Kosovo (38 bal), Bosniya və Herseqovina, Moldova (36 bal), Ermənistan (35 bal), Gürcüstan (34) bal.

Bolqarıstan (59 bal), Polşa, Rumıniya (57 bal), Xorvatiya (54 bal) qismən demokratik ölkələr kimi göstərilir.

Estoniya (83 bal), Latviya, Sloveniya (80 bal), Litva (79 bal), Çexiya (74 bal), Slovakiya (70 bal) demokratik ölkələr qrupuna salınıb.

“Freedom House” təşkilatının mərkəzi qərargahı ABŞ-da yerləşir.