Ermənistan onlara məxsus Su-25 qırıcısının vurulduğunu iddia edir

Ermənistana məxsus Su-25 qırıcı təyyarəsi Azərbaycan hava məkanında məhv edilib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz Facebook səhifəsində qırıcını idarə edən pilotun həlak olduğunu bildirib.

İddia olunur ki, Ermənistana məxsus qırıcını Azərbaycan ərazisində Türkiyənin F-16 bombardmançısı məhv edib. Türkiyə rəsmiləri bu ölkəyə məxsus hər hansı bir F-16 təyyarəsinin Azərbaycanda hərbi əməliyyatlarda iştirak etdiyi barədə iddiaları təkzib edib.

.

Qarabağ səmasında Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib. O qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin guya “F-16” qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

O qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin guya “F-16” qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

.

Basta