Rusiyada MİQ-29 qırıcısı qəzaya uğradı. Pilot həlak oldu

Rusiyanın Həştərxan vilayətində MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Bu barədə RİA Novosti Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

 

Aşuluk poliqonu ərazisində planlı uçuş edən  təyyarə  yerə düşərək partlayıb.

 

Təyyarənin pilotu həlak olub.

 

Hadisənin səbəbləri hələ məlum deyil. Aerokosmik Qüvvələrin Ali Komandanlığının xüsusi  komissiyası hadisə yerinə göndərilib.

 

Xatırladaq ki, cəmi iki gün bundan qabaq – 17 avqustda, Moskva bölgəsindəki Kubinka aerodromuna enərkən, yeni İl-112V hərbi nəqliyyat təyyarəsinin prototipi qəzaya uğrayıb. Gəmidəki hər üç ekipaj üzvü ölüb.

 

İyulun 31-də isə Oxotsk dənizində Su-35 qırıcısı qəzaya uğrayıb.

 

Basta