Milli Məclisin deputatları, fil qulağında yatmısınız?
İşğaldan azad edilmiş ərazilərdə kəndlərin bərpası əvəzinə onların yaddaşlardan slinməsinə yönləndirilən əməllrin qarşısı alınmasa, Nepalda, Gürcüstanda baş verən etirazlar toya getməli olacaq.
Cəmiyyətdə həm mənəvi, həm sosioloji durğunluq öz fəsadlarını törətməkdə davam edir. cavabdeh məsələsi nə yerdədir? Hörmətli tarixçi qardaş, sən nə vaxt meydana çıxıb öz sözünü deyəcəksən? Şirkət vəhşilik qurbanı olan minlərlə kəndin bölgə ərazisindən birdəfəlik silinməsinə maraqlı deyil axı. Bu qurumu yalnız tikinti materialı və əldə edəcəyi gəlir maraqlandırır.
Əslində bu prosesin özü də 200 illik rus imperiyasının müstəmləkəçilik siyasətinin davamıdır. Azərbaycanın yüzlərlə tarixçisi bundan ötrü imperiya tərəfindən güllələnib, sürgün olunub. Milli Məclisin deputatları, siz nə vaxta qədər fil qulağında yatacaqsınız.
Qərar tutduğunuz o kürsülərdə az mürgüləyin. Yoxsa elə bilirsiniz ki, bu işlərin sizə bir aidiyyəti yoxdur? Sizin saymazlıqla yanaşdığınız insanlar yenə də dağıdılmış qəbirstanlıqlarına, ata yurdlarına uzaqdan tamaşa edirlər.
-Nə bir səsiniz duyulmur, nə sözünüz eşidilmir.
-Nəyə görə həmin ərazilərdə işlərin gedişini öz üzərinizə götürmürsünüz.
Yəni bundan da vacib iş var?
Növbəti seçkilərdə yəqin ki, yenə də ağızdolusu işlərin yaxşı getdiyindən danışacaqsınız.
Nəzakət Muradova. Müsavat Partiyasının Məclis üzvü.
05 oktyabr 2025-ci il.