Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq

İyulun 11-13-də xüsusi karantin rejimi zonasında ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bu barədə şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargahının brifinqində məlumat verilib.

Söhbət Bakı, Abşeron, Sumqayıt, Goranboy, Göygöl və Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Yevlaxdan gedir.

İctimai nəqliyyatın hərəkəti 11 iyul saat 00:00-dan 13 iyul 06:00-dək dayandırılacaq.

5 iyul-20 iyul tarixlərində Bakıda metropolitenin hərəkəti dayandırılıb.