22 yaşlı Elbəyi Kərimlini ölümə aparan yol

 

Avqust 2023: AXCP fəalı həbs olunub, dəhşətli tərəfi odur ki, onun həbsindən partiya üzvləri 2 ay sonra xəbər alıb.

O, heykələ yazı yazdıqdan sonra video çəkərkən saxlanılıb…  İşgəncə gördükdən sonra, kamera qarşısında narkotik maddə ittihamını öz üzərinə götürməyə məcbur olub.

Fəalın anası və atası olmadığı üçün nənəsinin himayəsində olub. Bu da həbsinin ictimailəşməməsinə və fəalın işgəncə altında saxlanılmasına səbəb olub.

27 Dekabr 2023: İlk dəfə quru aclığa başlayıb.

6 aprel 2024: Elbəyi Kərimli 6 il həbsə məhkum edilib.

23 May 2025: AXCP fəalı yenə aclıq aksiyasına başlayır.

14 İyul 2025: Fəal Ədliyyə Nazirlinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və “karser”ə salınıb.

12 dekabr 2025: Elbəyinin müəmmalı şəkildə intihar xəbəri yayılır.

14 dekabr 2025: Gənc fəal 22 yaşında səssiz-səmirsiz dəfn edilir. Dəfn edildiyi yer barədə hələlik məlumat yoxdur.

AXCP fəalı haqqında 2 il ərzində həbsxanadan ancaq pis xəbərlər gəlib. Hələ bu bizə məlum olanlardır. Fəalın yaxınlarının olmaması, çox güman onun informasiya blokadasında olması, bu müddət ərzində aclıq aksiyaları, karser, işgəncələr görməsi ortada cinayət faktının olmasına əsas verir. Deyək ki, Elbəyi həqiqətən intihar edib, onda gənci bu müddət ərzində intihar həddinə çatdıranlar, ona işgəncələr verənlər barəsində dərhal tədbir görülməlidir.

Hamımız Elbəyinin ölümünü ictimailəşdirməyə və diqqətdə saxlamağa borcluyuq!

Yazı Orxan Məmmədin feysbuk səhifəsindən götürülüb.