Şəmşad Ağa həbsdən 3 günlük buraxılsa da, anasının dəfninə çata bilmədi
Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağa anasının dəfn mərasimində iştirak etmək üçün 3 gün müddətinə həbsdən azad edilib.
Lakin onun təcridxanadan buraxılması ilə bağlı bürokratik prosedurlar uzun çəkdiyi üçün jurnalist anasının dəfninə yetişə bilməyib.
Şəmşad Ağa hazırda Lerik rayonundakı ata evində Pentensiar Xidmət əməkdaşlarının nəzarətindədir. O, yenidən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacaq.
Xatırladaq ki, Şəmşad Ağa 2025-ci il fevralın 5-də saxlanılıb. O, “Meydan TV işi” ilə bağlı şübhəli şəxs kimi tutulub. Şəmşad Ağa “qaçaqmalçılıq” ittihamı ilə tutulub.
2023-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın jurnalistləri Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko, media əməkdaşı Ülvi Tahirov həbs olunub. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Hüquq müdafiə təşkilatları bu həbslərin siyasi sifarişlə həyata keçirildiyini bildirir.
Şəmşad Ağa həbsdən 3 günlük buraxılsa da, anasının dəfninə çata bilmədi
Arqument.az saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Şəmşad Ağa anasının dəfn mərasimində iştirak etmək üçün 3 gün müddətinə həbsdən azad edilib.
Lakin onun təcridxanadan buraxılması və ata evinə çatdırılması ilə bağlı bürokratik prosedurlar uzun çəkdiyi üçün jurnalist anasının dəfninə yetişə bilməyib.
Şəmşad Ağa hazırda Lerik rayonundakı ata evində Pentensiar Xidmət əməkdaşlarının nəzarətindədir. O, yenidən Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılacaq.
Xatırladaq ki, Şəmşad Ağa 2025-ci il fevralın 5-də saxlanılıb. O, “Meydan TV işi” ilə bağlı şübhəli şəxs kimi “qaçaqmalçılıq” ittihamı ilə tutulub.