Prokuror Azər Qasımlıya 13 il həbs istəyib
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bu gün, fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış edib. O, A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Növbəti proses fevralın 25-nə təyin edilib.
Politoloq A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamı qurama, siyasi sayır.

