Azər Qasımlının xanımından məhkəməyə şikayət edildi

Hədə-qorxu ilə tələb etmə ittihamı ilə 12 il həbs cəzası alan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlı da hakim önünə çıxarılacaq. Bu barədə S.Qasımlı özü məlumat yayıb.

S.Qasımlının sözlərinə görə, Elektron Məhkəmə Sistemindən bildiriş göndərilib ki, Binəqədi rayon Məhkəməsinə onun barəsində şikayət daxil olub.

Şikayətçi A.Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovdur. Şikayətdə S.Qasımlının cinayət məsuliyyətinə cəlb olunması istənilir.

Hələlik şikayətin detalları ilə tanış olmaq və Q.Yusifovla danışmaq mümkün olmayıb.