Ermənistan İsraildəki səfirini geri çağırdı
Ermənistan cümə axşamı İsrailin Azərbaycana silah satması ilə əlaqədar olaraq öz səfirini Israildən geri çağırdığını bəyan edib.
İsrailin silah ixracına etiraz edən Ermənistan xarici işlər nazirlyinin sözçüsü Anna Nağdalyan deyib:
“İsrailin iş stili qəbuledilməzdir. Nazirlik İsraildəki səfirini geri çağırmalıdır.”
Azərbaycan hərbi əməliyyatlarda İsrail istehsallı silahlardan istifadə etməsini inkar etmir.
Stokholm Beynəlxalq Slüh Araşdırmaları İnstitutunun məlumatına görə 2006-2009-cu illər arasında İsrail Azərbaycana $825 milyon dollar həcmində silah satıb.