Müsavat başqanından Türkiyənin siyasi partiyalarına təşəkkür
Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyənin aparıcı siyasi partiyalarına Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan mübarizəyə verdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.
.
Arif Hacılı özünün feysbuk səhifəsində açıqladığı müraciətdə bunları yazıb:
.
“Türkiyə Cümhuriyyətinin aparıcı siyasi təşkilatları olan AKP, CHP, MHP və İYİ Parti başqanları və Böyük Millət Məclisində olan təmsilçiləri, Əziz və dəyərli həmkarlarım.
.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Beynəlxalq hüquqa əsalanaraq apardığımız azadlıq mübarizəsi ilə bağlı birgə açıqlamanızı böyük sevinc və məmnunluqla qarşıladıq.
.
İşğal altında olan ərazilərimizin azad olunması uğrunda apardığımız mübarzəyə verdiyiniz dəstəyin əhəmiyyəti hüdudsuzdur.
.
Sizlərin, bütövlükdə Türkiyə Cümhuriyyətinin Azərbaycanın taleyi üçün həlledici olan indiki məqamda dövlətimizin və xalqımızın yanında olması hər bir vətəndaşımız tərəfindən yüksək dəyərləndirilir və heç vaxt unudulmayacaq.
.
Bu gün Bakı və digər şəhərlərimizin küçə və meydanlarında Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır.
.
Əminəm ki, haqq işimiz böyük qələbə ilə başa çatdıqdan, Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra dostluq və qardaşlıq münasibətlərimiz daha da möhkəmlənəcək, dərinləşəcək.
.
Məlum ortaq açıqlamanızı çətin və xoş günlərdə hər zaman dövlətlərimizin və xalqlarımızın birgə olduğunu göstərən ən gözəl nümunələrdən biri hesab edir, AKP, CHP, MHP və İYİ Partinin liderlırinə və üzvlərinə Müsavat Partiyası adından və şəxsən öz adımdan sonsuz təşəkkürümü bildirirəm.
.
Sevgi və sayğılarla, Arif Hacılı.
.
Müsavat Partiyası başqanı”.
.
Basta
.