Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

.

Qafqazinfo-nun məlumatına görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

.

Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.

.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

.