Gəncənin atəşə tutulması ilə bağlı Müsavatın BƏYANATI
Müsavat Partiyası Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulmasnı pisləyən bəyanat yayıb.
.
Sənəddə deyilir:
.
Bir gün əvvəl Rusiyanın paytaxtında imzalanmış humanitar atəşkəz razılaşmasından dərhal sonra, gecə saatlarında Ermənistan ərazisindən döyüş bölgəsindən klometrlərlə uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə yenidən raket zərbələri endirilib. Nəticədə yuxuda olan 8 mülki şəxs həlak olub, aralarında körpələr, yaşlılar və qadınlar da olmaqla 40 dan çox mülki şəxs yaralanıb. Xeyli sayda binalara və şəxsi mülkiyyətə zərər dəyib.
Müsavat Partiyası hesab edir ki, öz ərazisindən bu vandalizim və terror aktını həyata keçirən Ermənistan Azərbaycanı həmin atəş nöqtələrini susdurmaq üçün adekvat tədbirlər görməyə məcbur etməklə “Ermənistan ərazisinə hərbi müdaxilə var” adıyla Rusiyanı bu hərbi konfliktə birbaşa və daha aktiv şəkildə cəlb etmək istəyir.
Müsavat Partiyası baş verənlərə görə Ermənistan hərbi və siyasi hakimiyyətinin cinayət məsuliyyəti daşıdığını hesab etməklə yanaşı “atəşkəs razılaşmasından” dərhal sonra baş verən bu vandalizim aktına görə siyasi və mənəvi məsuliyyət daşıyan Beynəlxalq Birliyi, xüsusi ilə ATƏT-in Minsk qrupu həmsədr dövlətlərini Ermənistanı törətdiyi hərbi cinayətlərinə son qoyulması üçün təcilli və təsirli tədbirlər görməyə çağırır.
.
Basta
.