Arif Hacılı: “Ermənistan yeni raketləri Rusiyadan alıb”

Müsavat Partiyasının başqanı Arif Hacılı Ermənistanın Gəncə və digər Azərbaycan şəhərlərinə atdığı raketlərin Rusiyadan alındığını bildirib.

Bu barədə o, özünün Tvitter hesabında yazıb.

“Hikmət Hacıyev “Atlantis Armenian Airlines” şirkətinin mülki aviasiya təyyarələrində Ermənistana raket və raket başlıqları daşındığını yazır. Hansı ölkədən daşındığını yazmır. Mən yazıram. Rusiyadan. Gəncədə, Tərtərdə başımıza yağıb mülki adamlarımızı məhv edən həmin raketlərdir” – deyə, Arif Hacılı bildirib.

.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana humanitar yardım adı altında raket sistemlərinin daşındığını açıqlayıb.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Humanitar yardım adı altında eyni zamanda sanksiya altında olan “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Bütün bunlar Çikaqo konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının kobud şəkildə pozulmasıdır”, – deyə H.Hacıyev bildirib.

.

Basta

.