Ermənistan dörd rayonumuzu atəşə tutub – VİDEO

Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

 

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

 

Baku TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, düşmən tərəfindən atılan top mərmilərindən biri Ağcəbədi rayonunda yaşayış evinin qarşısına düşüb.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, yaşayış evinə ciddi ziyan dəyib.