ABŞ Konqresinin 21 üzvü Qubad İbadoğlunu dərhal azad etməyə çağırdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 üzvü Azərbaycanı ötən ilin yayında Bakıda həbs edilmiş alim və iqtisadçı doktor Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnaməni (H.RES. 1012) imzalayıb.
Turan-ın Vaşinqton müxbirinin verdiyi xəbərə görə, qətnaməni fevralın 14-də Respublikaçılar Partiyasının üzvü Devid Rouzer təqdim edib, o Azərbaycan hökumətinin İbadoğluna münasibətini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.