Türkiyədən Rusiyaya xəbərdarlıq: “İşğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır”
Rusiya razılaşmanın şərtlərini pozmağa çalışır.
Bununla əlaqədar Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb:
“İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamıdır!”
Qeyd edək ki, bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Türkiyə milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.