Müharibədə 4 750 erməni hərbçinin öldüyü açıqlandı

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində 4.750 erməni hərbçisi ölüb.

 

Bu haqda Ermənistan Respublikasının Vatikandakı və Portuqaliyadakı keçmiş səfiri Mikael Minasyan özünün Facebook səhifəsində məlumat yayıb.

 

O, Ermənistanın baş naziri Nikol Paşinyanı ölən hərbçilərlə bağlı məlumatları gizlətməkdə ittiham edib.

 

“Müharibənin ilk günündən ölümlərin həqiqi sayını gizlətmək üçün biabırçı və dəhşətli bir proses başladı. Ermənistandakı bu əməliyyata şəxsən Nikol və həyat yoldaşı rəhbərlik etdilər. Yəqin bilmirsiniz ki, Gorus, Sisian, Vanadzor, Gümri, Echmiadzin və Yerevan meyitxanalarında hələ də yer yoxdur. Müharibənin ilk günlərindən əsgərlərin cəsədləri koronavirusdan ölənlər üçün nəzərdə tutulan Abovyan meyitxanasında belə saxlanılırdı.” – deyə Minasyan qeyd edib.

 

Keçmiş səfir bildirir ki, ölənlərin sayı barədə Paşinyana dəqiq məlumat verilsə də, o, bunu erməni xalqından gizli saxlayıb: “5 gün əvvəl MTX və Müdafiə Nazirliyi Nikol Paşinyana son məlumatları təqdim edib. Həmin məlumatlara görə,  2250 ölünün şəxsiyyəti təsdiqlənib, 1400 cəsədin şəxsiyyəti hələ müəyyən edilməyib, daha 1100 nəfər isə itkin düşüb. 4.750 sənədli ölümlər Baş nazirə təqdim olunub”.

 

Ermənistanın Səhiyyə Nazirliyi bu məlumatı təkzib edərək, müharibə dövründə cəmi 2317 erməni hərbçinin öldüyünü açıqlayıb. Qeyd edək ki, Minasyanın bu açıqlamasına qədər Ermənistanın rəsmi qirumları cəmi 1383 nəfərin öldüyünü iddia edirdi. Azərbaycanda isə hesab edirlər ki, əslində döyüşlərdə məhv edilən erməni hərbçilərinin sayı Minasyanın dediyindən daha çoxdur.

 

Basta