Elçibəy İnstitutu yaradıldı

Azərbaycanda  “Elçibəy İnstitutu” (Eİ) ictimai birliyi yaradılıb. Bu haqda Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məlumat yayıb.

 

Eİ-nin fəaliyyətinə ümumi rəhbərliyi Məsləhət Şurası həyata keçirir. Hələlik 8 nəfər təsisçidən ibarət olan Məsləhət Şurası öz tərkibinə yeni üzvlər qəbul etmək səlahiyyətinə də malikdir.

 

“Bu gün Məsləhət Şurası Eİ-nin İcra Direktorunu təyin edib. Əsasnaməyə görə İcra Direktoru qurumun cari fəaliyətinə rəhbərliyi həyata keçirir, institutu təmsil edir.
Məsləhət Şurasının qərarı ilə İcra Direktoru görəvi Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri Oktay Qasımova həvalə edilib” – deyə, İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb.

 

MSDM-in sədri Məsləhət Şurası üzvlərinin adlarını təqdim edib:

Arif Hacılı

Arzu Səmədbəyli

Əli Kərimli

İsa Qəmbər

Ismayıl Musa

Qiyas Sadiqov

Oktay Qasımov

Panah Huseyn

 

basta