Azərbaycanlı əsirlərlə bağlı komitədən AÇIQLAMA

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə nəticəsində əsir düşən şəxslərə baş çəkir”.

 

Bunu Oxu.Az-a açıqlamasında BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır:

“Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi, sadəcə, münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda, əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir”.

 

“Saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”, – deyə komitə rəsmisi qeyd edib.

 

Sosial mediada Ermənistan tərəfindən saxlanıldığı video görüntüləri yayılmış şəxslərlə bağlı məlumat “araşdırılır”, Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi BBC-ə deyib.

 

Əsir götürüldüyü güman edilən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını isə BQXK-nın Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

 

“Dağlıq Qarabağ Ombudsmanı” isə BBC-ə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, “çox güman ki, Ermənistanda xəstəxanadadırlar”.