Paşinyanın istefası tələbilə aclıq aksiyası başladı
Ermənistanda “Daşnaktsutyun” partiyasının nümayəndəsi, “Yerkir Media” televiziya şirkətinin informasiya proqramlarının direktoru Qeqham Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aclıq aksiyasına başlayıb. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
“Baş nazirin dağıdıcı siyasəti nəticəsində milli bir faciə yaşayırıq. Mənim aclıq aksiyam bir tələbi var – Nikol Paşinyanın istefası. Nikol getməlidir” – deyə, Manukyan vurğulayıb.
Xatırladaq ki, 17 müxalifət partiyası noyabrın 10-dan bəri Paşinyanın istefası tələbilə Yerevanda mitinqlər keçirir.
Basta