Paris savaş meydanına döndü

Fransa paytaxtını yenidən kütləvi iğtişaşlar bürüyüb.

 

Etirazların səbəbi “Qlobal təhlükəsizlik haqqında” yeni qanun layihəsidir. Parlamentin müzakirəsinə çıxarılan layihədə polis və jandarmalar iş başında olarkən, onların foto və videogörüntüsünü çəkmək qanağan edilir. Qanun qəbul olunarsa, bu müddəanı pozan şəxsləri bir ilədək həbs, yaxud 45 min avroyadək cərimə gözləyir.

 

Mətbuat və müxalifət hesab edir ki, bu qanunun qəbul edilməsi polisin adətən etiraz aksiyalarında göstərdiyi qəddarlığı ört-basdır etmək üçündür. 

 

Noyabrın 28-də başlayan aksiya, axşama doğru kütləvi iğtişalara çevrilib. Ən azı iki avtomobil, bir bankın vitrinləri yandırılıb, bir neçə dükan qarət edilib, onlarla şəxs, o cümlədən polis əməkdaşları xəsarət alıb.

 

Basta