Kəmaləddin Heydərov: “Ermənilərin ziyan vurduğu evlərin bərpası üçün qiymətləndirmə aparılır”

“Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır”.

 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

 

Onun sözlərinə görə, hazırda həmin ərazilərdə işlər gedir: “Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.