Ağdamda üç nəfər minaya düşdü, biri həlak oldu

Dekabrın 13-də saat 17:00 radələrində bir hərbi qulluqçu və iki mülki şəxs Ağdam rayonunda minaya düşüb. Onlardan biri, Ağdam sakini  Elçin Məmmədov (1990-cı ildə anadan olub) həlak olub, Toğrul Əhmədov (1984-cü ildə anadan olub) və adı açıqlanmayan hərbçi ağır yaralanıb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazrilyinin birgə məlumatında deyilir.

 

Baş Prokurorluq və DİN işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin davam etməsilə bağlı əhalini bir daha xəbərdar edir, müvafiq icazə olmadan və bu ərazilər partlayıcı maddələrdən təmizlənmədən həmin ərazilərə getməməyə çağırır.