Rusiyada ərzaq məhsullarının qiymətləri kəskin şəkildə artdı
Dekabr 14-də Mixail Mişustin qida qiymətləri ilə vəziyyəti normallaşdırmaq üçün qaydalar, əlavə sabitləşdirmə tədbirlərinin hazırlanmasını və vəziyyət barədə həftəlik hesabatların verilməsi barədə göstəriş verib.
Rusiya hökumətinin başçısı Mixail Mişustin bazar ertəsi səhərədək qida məhsullarının normallaşdırılmasına dair bütün sənədləri hazırlamağı tapşırıb. “Lazım gələrsə, təcili qərarlar verin və şəxsən və dərhal mənə məlumat verin”- baş nazir əlavə edib.
Mişustin, insanlar üçün “son dərəcə həssas” bir mövzudan bəhs etdildiyini vurğulayıb, pərakəndə şəbəkələrin istehsalçılarını və menecerlərini “insanlardan qazanc götürməməyə” çağırıb.
Mişustin, kənd təsərrüfatı, iqtisadi inkişaf, sənaye və ticarət nazirlərinə pərakəndə satışdakı ərzaq qiymətləri ilə əlaqədar vəziyyəti izləmək və bu məsələni ən böyük pərakəndə satış şəbəkələri ilə işləmək tapşırığı verdiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, əsas mallarla bağlı vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər barədə təkliflər hazırlanmalıdır.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin ərzaq qiymətləri ilə bağlı vəziyyətə diqqət çəkmişdi. İqtisadi məsələlərə dair bir yığıncaqda prezident əsas qida məhsullarının bahalaşmasının COVID-19 koronavirus pandemiyası ilə əlaqəli olmadığını söyləyib.
Qeyd edək ki, dekabrın 10-dan Azərbaycandan Rusiyaya pomidor və alma idxalı qadağan edilib. Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bunu Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqələndirib.
Azərbaycanda hesab edirlər ki, bu qərar siyasi motivlərlə verilib.
Heybət Əmrah
Basta