SNN: ABŞ Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı yeni sanksiyalar hazılayır
ABŞ Dövlət Departamenti Rusiyanı Navalnının zəhərlənməsi ətrafında sui-qəsd nəzəriyyələri yaratmaqda günahlandırıb. CNN-in məlumatına görə, ABŞ yeni sanksiyalar hazırlayır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi bu barədə CNN-ə verdiyi müsahibədə bildirib. Amerika Birləşmiş Ştatları, Rusiyanın FSB agenti vasitəsilə cənab Navalnını zəhərləmək üçün “Noviçok” zəhərindən istifadə etdiyinə inanır. Cənab Navalnının zəhərlənməsində Rusiya hökumətinin iştirakı və məsuliyyətindən başqa ağlabatan bir izah yoxdur. Əlbətdə ki, prezident Putin və Rusiya hökuməti bizdən fərqli düşünməyimizi istərdi”.
Dövlət Departamentinin sözçüsü deyib ki, Rusiyanın Aleksey Navalnının zəhərlənməsi ilə bağlı sualları cavablandırmaması çox şeydən xəbər verir.
Rusiya bir çox ziddiyyətli sui-qəsd nəzəriyyələrini irəli sürür. Dürüst olaq: bu cür nəzəriyyələr diqqəti Rusiya hökumətinin hələ cavab vermədiyi ciddi suallardan yayındırmaqdan başqa bir şey deyil.
CNN, Dövlət Departamentinin açıqlamasını, Donald Trump administrasiyasının Navalnının zəhərlənməsi ilə bağlı ən qətiyyətli şərh adlandırır.
CNN özəl mənbələrinə istinadən bildirib ki, ABŞ Aleksey Navalnının zəhərlənməsi səbəbiylə Rusiyaya qarşı sanksiyalar hazırlayır. Lakin bu sanksiyaları tətbiq etmək üçün hələlik Rusiyanı müxalifətçini zəhərləməkdə birbaşa ittiham etməyən Donald Trampın razılığını almaq lazımdır.
Dekabrın 14-də Bellingcat, The Insider, CNN və Der Spiegel, Aleksey Navalnının 2017-ci ildən bəri FSB qrupu tərəfindən izləndiyi və bu qrupun bəzi əməkdaşlarının kimyaçı olaraq Noviçok zəhərinin istehsalına aidiyyatı olduğunu iddia edən bir araşdırma yayımlayıb. Dekabrın 21-də isə Navalnı ona edilən sui-qəsd cəhdində iştirakı ehtimal olunan FSB zabiti Konstantin Kudryavtsevlə telefon danışığının yazısını yayımlayıb. Söhbət əsnasında Navalny özünü Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin köməkçisi kimi təqdim edib və FSB əməliyyatı barədə bir hesabat istəyib. Kudryavtsev zəhərlənmənin bəzi təfərrüatlarını, məsələn, zəhərin Navalnının alt paltarının içərisinə tətbiq olunduğunu söyləyib. FSB bu söhbəti saxta adlandırıb.
Basta