Zabit minaya düşərək həlak olub
Yanvarın 12-də Qubadlı rayonunda mina partlayışı nəticəsində sərhədçi, mayor Sərxan Muxtarov həlak olub. Bu barədə sosial şəbəkələrə istinadən “Turan” agentliyi məlumat yayılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumatı nə təsdiq edib, nə də təkzib.
Qeyd edək ki, 2020-ci 10 noyabr barışığından sonra hərbi əməliyyatlar zonasında bir neçə hərbçi və mülki şəxs həlak olub və yaralanıb.