Rusiya ordusu Ukraynada 19 900 əsgər, 160 təyyarə və 144 helikopter itirib

Ukraynaya qarşı geniş miqyaslı hücum başlayandan bəri Rusiya ordusu  19 900 əsgər, 160 təyyarə və 144 helikopter itirib.

 

Bu haqda  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

24 fevraldan 14 aprelə qədər Rusiyanın  ümumi döyüş itkiləri təxminən belədir:

şəxsi heyət  – təxminən 19900 nəfər,
tanklar – 753 ədəd,
zirehli döyüş maşınları – 1968 ədəd,
artilleriya sistemləri – 366 ədəd,
MLRS – 122 ədəd,
hava hücumundan müdafiə sistemləri – 64 ədəd,
təyyarələr – 160 ədəd,
helikopterlər – 144 ədəd,
avtomobil avadanlığı – 1437 ədəd,
gəmilər / qayıqlar – 7 ədəd,
yanacaq və sürtkü yağları olan çənlər – 76,
Əməliyyat-taktiki səviyyəli PUA-lar – 134,
xüsusi avadanlıq – 25,
raket sistemlərinin işə salma qurğuları (OTRK / TRK) – 4.

Məlumatlar daim yenilənir.

 

Basta