Mühacirlər Azərbaycanda siyasi məhbusların azad olunmasını tələb edir

Yanvarın 17-də Fransanın Ren şəhərinin Respublika meydanında hazırda həbsdə olan  jurnalist Əfqan Sadıqovun və digər siyasi məhbusların azad edilməsi, tələbilə aksiya keçirilib.
.
Bu haqda “Basta”ya siyasi mühacir Sarvan Davudoğlu məlumat verib.
.
Aksiyada həmçinin Müsavat Partiyasının  və Milli Şuranın üzvü Tofiq Yaqublunun barəsində qaldırılan saxta cinayət işinin, eləcə də Müavat Partiyası Mətbuat xidmətinin rəhbəri,  “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin 5 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qanunsuz məhkəmə hökmünün ləğv olunması  tələb edilib.
Basta