ABŞ və Avropa ölkələri Rusiyadan Navalnının azad olunmasını tələb edir

ABŞ və AB ölkələri Aleksey  Navalnının sərbəst buraxılmasına çağırıb.  Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq onlara öz problemləri ilə məşğul olmağı  tövsiyə edib.

 

Amerika Birləşmiş Ştatları rusiyalı siyasətçi Aleksey Navalnının tutulmasını pisləyir və dərhal sərbəst buraxılmasına çağırır. Bu açıqlama ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo tərəfindən verilib.

 

Departamentin saytında dərc edillən məlumata gorə, o deyib ki,  özünə güvənən siyasi liderlər rəqiblərinin olmasından qorxmur, zorakılığa və ya siyasi opponentlərinin qanunsuz həbsinə rəvac  vermirlər.

 

Yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimindən sonra Milli Təhlükəsizlik müşaviri təyin ediləcək Ceyk Sallivan da Navalnının sərbəst buraxılmasını tələb edib.

 

Kremlin cənab Navalniyə hücumları sadəcə insan haqlarının pozulması deyil, bu, səslərinin eşitilməsini istəyən rus xalqına meydan oxumaqdır.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, Sallivanın bəyanatına cavab olaraq xarici diplomatları “suveren dövlətlərin milli qanunvericiliyinə müdaxilə etməməyə və öz ölkənizdəki problemlərin öhdəsindən gəlməyə”,  beynəlxalq hüquqla hörmət etməyə çağırıb.

 

ABŞ-dan əlavə, Navalnının tutulması Kanada və AB-yə üzv olan dövlətləri, o cümlədən Fransa, Avstriya, Polşa, Çex Respublikası və Baltikyanı ölkələr tərəfindən də tənqid olunub.

 

TASS-ın Brüsseldəki mənbələri, 18 yanvarda bu mövzunun Avropa Parlamentində, 25 yanvarda isə AB Şurasında müzakirə ediləcəyini bildirir.

 

Aleksey Navalnı  yanvarın 17-də Şeremetyevo hava limanında – Almaniyadan qayıtdıqdan dərhal sonra saxlanılıb. O, ötən ilin avqust ayında  Noviçok kimyavi preparatı ilə zəhərlənməsindən sonra  təxminən beş ay  Almaniyada müalicə alıb.

 

Basta