Arif Hacılı: “Şəhidlərimiz sovet imperiyasındakı digər xalqların da azadlığına nail olub”
Bu gün, 20 Yanvar faciəsinin 31-ci ildönümündə Müsavat Partiyasının rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib.
Qeyd edək ki, daha əvvəl pandemiya ilə əlaqədar partiya fəallarının Xiyabanı başqa günlərdə ziyarət etməsi qərara alınıb.
Müsavat başqanı Arif Hacılı ziyarət zamanı verdiyi açıqlamada 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolundan danışıb: “Şəhidlərimiz öz qanı həsabına tək Azərbaycanın yox, sovet imperiyasındakı bütün digər xalqların da azadlığına nail olub”.