Türkiyənin Qarabağda hərbi iştirakı nəhayət rəsmiləşdi

Yanvarın 30-da Ağdam rayonunda Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

 

Mərkəzin Rusiyadan olan şəxsi heyətinə general-mayor Viktor Fedorenko, Türkiyədən olan şəxsi heyətə isə general-mayor Abdullah Katırcı rəhbərlik edəcək.

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Monitorinq Mərkəzinin ümumi sahəsi təxminən dörd hektar təşkil edir. Ərazidə 65 modul tipli xidməti otaq və yaşayış otağı var, onlar bütün zəruri avadanlıqlarla təchiz edilib.

 

Mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza var.

 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsini Azərbaycan ordusu həyata keçirəcək.

 

Müsavat başqanı Arif Hacılı bu hadisəni Azərbaycan üçün ümid yaradan xəbər kimi dəyərləndirib: “Bu qədər ağır xəbərlərin içində, nəhayət bir təsəlliverici, ümid yaradan xəbər də aldıq. Türkiyə-Rusiya monitorinq mərkəzinə daxil olan türkiyəli hərbçilər Azərbaycana gəldi. Dövlətimiz, millətimiz, regionumuz üçün xeyirli, uğurlu olsun”.

 

Basta