Səlim Müslümovun həbs olunduğu barədə xəbər təsdiqləndi

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbs olunduğu bsrədə xəbər təsdiqləndi.

Onu maksimum 12 il cəza gözləyə bilər.

 

Bu barədə Oxu.Az Cinayət Məcəlləsinə əsasən bildirir.

 

S.Müslümov Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, S.Müslümov vəzifə səlahiyyətlərindən sui-istifadə edib və buna görə, Məcəllənin 308.2-ci maddəsi ilə ittiham edilir.

Maddəyə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Eks-nazir həm də Məcəllənin 311.3.2-ci və 311.3.3-cü maddələri təqsirləndirilir. Bu maddələr müvafiq olaraq rüşvət almanın təkrar törədilməsi və külli miqdarda törədilməsinə görə məsuliyyəti müəyyən edir.

 

Bu cinayət əməli üçün isə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

 

Bu Məcəllənin 311.3.3-cü maddəsində “külli miqdar” dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.

 

Qeyd edək ki, DTX-nın məlumatına əsasən, S.Müslümov nazir işlədiyi müddətdə çoxsaylı sui-istifadə hallarına yol verib.

 

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, S.Müslümov 2013-cü ilin oktyabrından 2018-ci ilin 21 aprelinədək nazir vəzifəsində çalışıb.