Ağdamda hərbi qulluqçumuz həlak olub

Fevralın 4-də  Ağdam rayonu ərazisində partlayış baş verib, Müdafiə Nazirliyi verdiyi məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad həlak olub.

 

Digər iki hərbiçi – Babayev Nemət  və Məlikməmmədov Balaqardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.