Ermənistan Türkiyə ilə sərhədlərinin açılmasını istəyir

 

Artıq Türkiyənin Ermənistanı blokadada saxlamasına səbəb yoxdur. Bu barədə XİN rəhbəri Ara Ayvazyan fevralın 10-da parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.

 

O xatırladıb ki, Türkiyə uzun illərdir ki, Qarabağda status-kvonun dəyişdirilməsini tələb edərək, Ermənistanla sərhədləri bağlı saxlayır. İndi bu status-kvo dəyişib, həm də güc yolu ilə dəyişib, o deyib.

 

“Türkiyə dünya ictimaiyyətinin təzyiqi altında gec-tez sərhəddi açmalı olacaq. Eyni zamanda, biz başa düşürük ki, sərhədlərin açılması həm imkanları, həm də riskləri ehtiva edir. Buna əsaslanaraq Ermənistan və onun hakimiyyəti təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün əlindən gələni edəcək”, – Ayvazyan bildirib.

 

Eyni zamanda o hesab edir ki, Türkiyənin Cənubi Qafqazda hazırkı hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər və çağırışlar yaradır. Nazir Qarsda Türkiyə və Azərbaycanın təlimlərinə bu kontekstdə baxır. Ermənistan cəmiyyəti və diplomatiyası istənilən ssenari və çağırışlara hazır olmalıdır.