Dollara tələbat azalır

Çərşənbə axşamı Mərkəzi Bankın valyuta hərracında kommersiya bankları 55 mln. dollar əldə edib.

 

Fevralın 11-də keçirilən əvvəlki hərracla müqayisədə dollara tələbat 1 mln. 100 min azalıb. Fevralda keçirilən hərraclarda ümumilikdə 288 mln. 400 min dollar satılıb. Manatın dollara nisbətdə mövqeyi 1USD/1,7000AZN təşkil edib. Fevralın 11-ə avronun rəsmi məzənnəsi 1euro/2,0641AZN təşkil edib.