Azərbaycanın əleyhinə casusluq edən erməni həbs edildi
Azərbaycanın əleyhinə casusluq edən erməni Alyoşa Xosrovyan məhkəmənin qərarı ilə həbs edilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xosrovyan Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq), 228.1-ci (Qanunsuz olaraq odlu silah daşıma), 279.1-ci (Silahlı birləşmələr və ya qruplar yaratma və onları silahla təchiz etmə) 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilib.
Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə A.Xosrovyan barəsində həbs qətimkan tədbiri qərarı seçilib.