İranlı jurnalistdən İlham Əliyevə “ermənicə” sual
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün daxili və xarici mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə iranlı xanım jurnalistin “Qarabağın azad edilməsində terrorçuların iştirakı” barədə sualına cavab verib.
Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə Azərbaycanı ittiham etməkdir.
Sizə tövsiyəm o olardı ki. Spekuliyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız.”
Qeyd edək ki, Qarabağın azad olunma əməliyyatları zamanı İranın bir sıra rəsmiləri və mətbuat orqanları heç bir sübut və fakt göstərmədən terrorçuların döyüşlərdə iştirak etdiyini bildirmişdilər. Ancaq bu günə kimi iddialarına dair heç bir sübut ortaya qoya bilməyiblər.
Gunaz.TV