Rəsulzadənin qadınlar haqda yazısı

– Türkiyədə qadınların halı nə yoldadır?

 

Osmanlı həyati-ictimaiyyə və siyasiyyəsinə fövqəladə maraq edən əhalimizdən təsadüf elədiyim bir çoxlarının mənə verdikləri yuxarıdakı suala, mövzui-ümumi olduğu üçün “İqbal” stunlarında cavab veriyoram: Türkiyə qadınları da əsas etibarı ilə bizim qadınların giriftar olduqları əsarət halındadırlar. Türkiyədə hakim ictimai nəzəriyyə, bütün Şərq məmləkətlərində olduğu kimi qadını aşağı cinsdən bir məxluq tələqqi edər. Məəmafih İstanbul qadınlarının vəziyyəti-ictimaiyyələri İran qadınlarından da, Qafqasiya qadınlarından da müsaid bir haldadır. İranda bir kişi arvadilə bərabər bayıra çıxmaz, arvadilə bərabər arabaya, faytona oturub da şəhər içində dolanmaz, Qafqasiyada isə biliriz ki, xanımların bazara çıxması, dükanlara gedib də alış-veriş eləməsi əfv olunmaz bir günahdır. Bunların heç birisi İstanbulda yoxdur. İstanbulda qadın hər yerə gedər, bazara da, meydana da, məsirə də, hər yanda görünür. Ərilə, qardaşı ilə, yaxınları ilə, arabaya, faytona da minər. Ancaq vəsaili — nəqliyyədən barkas, konka, avtobus kimi ümumi olanlarda, yaxınlarilə də olsa kişilərlə bərabər olmaz. Bunlarda qadınlara məxsus bölmələr vardır ki, mütləq orada oturmalıdırlar.

 

Yalnız bu cəhətdən İran və Qafqasiyaya nisbətlə sərbəstcə görünən İstanbul xanımının oturduğu ev əsarətin timsalı-müşəxxis bir “qəfəsə” ilə ayrılır. Müsəlman evlərinin bilaistisna pəncərələri taxtadan qayrılma bir reşotka ilə örtülür ki, buna “qəfəsə” deyilir. Bu nöqteyi-nəzərdən bizim xanımlar özlərini bir az azad hesab edə bilər, deyərlər ki, “biz quş kimi qəfəsdə deyiliz”.

 

Qiyafəyə gəlincə türk qadınları məncə bütün aləmi islam qadınlarına nümuneyi-imtisal ola bilərlər. İstanbulun mövqeyi-coğrafisi kimi hər şeydə Asiya ilə Avropanın qarışdığı gözə çarpar. Bəzən bu imtizac olunca lətif, binaən əleyh mərğub, bəzən də gülünc olur. Qadınların qiyafəsi İstanbul bərzəxiyyətinin vücuda gətirdiyi dilrüba şəkillərindən birini təşkil edər. Bəzi şərq xasiyyətləri, adət-ənənələri vardır ki, onların əslində mühafizəsi şəklində avropavari birtədil tapması lazımdır. Bunun əksi olaraq bəzi şeylər vardır ki, onlar Avropadan alınıb da şərqkari bir tədil istər. İstanbul qadınlarının qiyafəsi iştə axırıncılarındandır. Avropa qiyafəsinin şərqiləşmiş pəstəndi də bir tərzidir: qiyafə əsas etibarilə pislədiyimiz yubka və kostyumdur. Fəqət şinellik üst cəhətini təşkil edən atmə kimi bir parça gözəl bir surətdə başa geydiriliyor. Arxa cəhəti isə böyük bir “bulavka” vasitəsilə yığışdırılaraq boyunun bütün gözəlliyi mühafizə olunur. Sonra məzkur parçanın bel tərəfində məxsus bir surətdə bağlanıyor, böylə ki, belin şəkli-təbiisi pozulmuyor. Sonra qabaq tərəfdən döşlərin üstünə sallanan ucları da mütəzəm bir surətdə digər bir “bulavka” ilə bənd olunuyor. Üzü isə alından çənənin altına qədər asılan “picə” deyilən nazik bir örtük örtüyor. Picə bəzən qalınca, bəzən İstanbul təbirincə incə olur. İncə picələr simayə daha başqa bir anıt bəxş ediyor, qollar tamamilə azaddır, dirsəyə qədərə açıqdır. Əilər ağ əlcəklərlə örtülür, zərif şəmsiyyələr (zontik) və gözəl çantalar (redikul)la müsəlləhdir. Xülasə, İstanbul xanımının geyimi tamamilə bir Avropa qiyafəsidir. Ancaq yuxarıda tərif etdiyimiz bir “çarşabı” artıqdır. Bu çarşab da ona qaplı ayı boyda şlyapa kimi və Afrikada quş tükü buraxmayıb hamısını başına yığan Avropa madamından daha ziyadə bir gözəllik və tənasüb bəxş ediyor. Bir az yaşa dolmuş xanımların picələri çox vaxt arxa tərəfə atılır, üzü açıq gəzirlər. Cavan xanımlar isə piyada gedirkən picələrini endirsələr də, faytonda, yaxud barkas və sair vəsaili-nəqliyyəyə savar olduqları zaman üzlərini örtməzlər.

 

Bu şəhər içərisində geyilən və növənma rəsmi bir modadır. Bundan əlavə cəvar-köylərdə, çayırlar və ələl-ülümum, şəhər xaricində geyilən və frenç deyilən bir libasları da vardır ki, bu əbaya bənzər bir manto ilə ağ baş şərfindən ibarət sadə və sadə olduğu qədər ciddi bir paltardır. Bahar günlərində Qazı köyün gözəl çayırlarında Seyid Əhməd dərəsi və s. ruhəfza mövqelərdə frençli qadınlar dəstə-dəstə yığışıb gəzişirlər. Bir çox cavan, əksər ovqat rəfiqeyi-həyanlarını bu gözəl çayır seyrlərində görərək intixab edər və ilk məhbubiyyət və məftuniyyəti təbiət içərisində və bizimkinə nisbətlə az-çox təbii bir surətdə qazanırlar.

 

İstanbul xanımlarından modapərəst olanları da az deyildirlər. Bəziləri vardır ki, İstanbul təbirincə “açıq-saçıq” gəzərlər. Açıq-saçıq gəzən xanımın qiyafəsi tərif etdiyimizdən bir az fərqlidir. Bu fərq də saçlarının təşhirindən və sinəsinin bir dərəcəyədək dekolte edilməsindən ibarətdir. Böylələri küçələrdə gedərkən İstanbul ayaq takımının və bəzi açıq-saçıq bəylərinin təərrüzlərinə uğradıqları kimi, bəzi köhnə qiyafədə olan qoca arvadların söyüşlərinə məruz qalıyorlar. Ələl-ümum, qadınlara təərrüz etmək tərbiyəsizliyi İstanbulun xəstəliklərindən birini təşkil edir. Fəqət nədənsə, bu xəstəliyin tədavisi üçün hökumət nəşr elədiyi qanun və əmrlərində həmişə qadınları təhdidə alır.

 

Hər neçə zamandan bir baxırsınız ki, Babi —məşyəxətdən qadınlar ümumi yerlərə getməsinlər, küçədə gedirkən picələrini açmasınlar, bilməm nə etməsinlər — deyə bir fitva çıxar. Bunun əleyhində hərəkət edənlər də təhdid olunurlar. Fəqət, ələl-ümum bu fitvaların polis əfəndilərə, qadınlara yanaşnıaq haq və imkanını verməkdən başqa bir şeyə yaramaz. Yenə görürsən ki, xanım Kağızxanaya da gedər. Quş dili çayırına da. Məntiqsiz bir hökm bittəb böylə bir nəticəyə də zatən məhkumdur. Babi-məşyəxət bu xüsusdakı fitvalarında daima əsbabi-mövcibə olaraq, qadınların bəzi ədəbsiziərtərəfindən təərrüzə uğradıqlarını bəyan edər. Bununla əhalinin oğrudan saxlamaq üçün cibində pul saxlamaqlarını mən edən bir idareyi-qənbə halına gəldiyini də hiss eləməz. Doğrusu, qəribədir, ədəbsizləri tənbeh etməkdənsə, İstanbul hökuməti qadınları cəzaya uğradır. Hətta bu yolda maziyə-həmid dövrünə aid olmaq üzrə gülünc bir vaqeə də olmuşdur.

 

* * *

 

RƏSULZADƏNİN QADINLAR HAQDA YAZISI » Qadinkimi.com
.

İstanbulda Şahzadəbaşı deyilən bir yer vardır. Burası ramazanlıqda şənlik olur. Adətən bizim Passaj qabağına bənzər. Əvvəlcə buraya arvad-kişi bütün İstanbul xalqı gəzməyə gəlirlərmiş. Bir gecə möhtəris ədəbsizlərdən birisi bir qadının qalın ətini dişlər. Həmən o andan etibarən qadınların Şahzadəbaşına gəlmələri yasaq edilər. Halbuki məntiq bunun əksini icab edirdi. Kişilər Şahzadəbaşından qovulmalı idilər. Nə isə müsəlman arvadının təqdiri budur.

 

Fəqət bütün bunlarla bərabər İstanbul xammiarı yenə ümumi həyatdan məhrum deyillərdir. Qadınlara məxsus teatrolar, qadınlara məxsus konfranslar (leksiyalar) olduğu kimi, qadm cəmiyyətləri, qadın qəzetləri və ünas məktəbləri vardır ki, bunlardan məqaləmizin ikinci hissəsində təfsilən bəhs edəcəyiz.

 

Yuxarıda Kağızxana ilə Quş dili çayırından ad aparmışdıq: Kağızxana xəlicdir, səadətin qurtaracağında gözəl bir dərədir, ortasında su, ətrafında göyərti, yaşıllıqlar və ağaclar vardır. Təbiət burada lətif bir tənasüb vücuda gətirmişdir. Suyun eni 15-20 addımdan artıq olmaz. Bəzi yerdə ağaclar əyilərək göz yaşı kimi duru olan suyun üzərinə şax budaq saimışdır.

 

İldə məxsus bir gün vardır ki, bütün İstanbul Kağızxanaya çıxar. Bilafərq din və məzhəb, arvad-kişi, böyük-kiçik, oğlan-qız, hər kəs Kağızxanaya gələr və bütün günü burada keçirərlər. Bu adət əski Bizans zamanından qalmış və türklər tərəfindən qəbul edilmişdir. Bu günün ismi məxsus “Xızır İlyas günü”dür. Xızır peyğəmbər ilə İlyas peyğəmbər, hər sənə biri Qərbi, digəri də Şərqi gəzirlər və nisanın (aprelin) 13-də İstanbul boğazında görüşər və gördükləri, eşitdiklərini bir-birlərinə deyərlər. İstanbul xalqı da bu iki peyğəmbər görüşmələrini Kağızxanaya çıxıb da quzü kababı yemək surətiliə yad edərlər. İştə bu “Xızır-İlyas” günü Kağızxana suyunun bir tərəfində qadınlar, digər tərəfdə də kişilər oturar. O günü su üzündə üzməkdə olan hədsiz-hesabsız lodkaların içi dəxi kişilər və arvadlarla dolu olur.

 

İstanbula bir səyyah nisanın on üçündə varid olub da bütün günü Kağızxanada keçirdikdən sonra çıxıb getsə, İstanbul müsəlmanlarında təsəttür yoxdur – deyə hökmi-qəti verə bilər. Halbuki təsəttür bütün məna və şiddətilə hökmfərmadır. Bir türkün ailəsi daxilinə siz heç bir surətlə daxil olamazsınız. Hərəmlik özgə kişilərə qəti surətdə açılmaz, hətta bizdə olduğu kimi xüsusi “intelligentni” ailələr belə orada yoxdur. Yaxud pək az və pək çox xüsusidir. İstanbul xanımları geyimlərindən istintac oluna bildiyi kimi, zövqi-nəfisə malikdirlər. Bu zövqlərini də hər şeydən ziyadə cocuqlarında nişan verərlər. İstanbulda cocuqlar (uşaqlar) olduqca pakizə saxlanılıyor və olduqca gözəl geyindiriliyorlar. Küçədən keçən xırda qızlar, xırda oğlanlar, o qədər gözəl, o qədər zərif və o qədər şairanə geyindirmişlər ki, məftun olmamaq əldə deyildir. Öz zinyət və gözəlliyini təşhid edə bilməyən türk xanımı bütün zövq və sənətini istəkli uşağında göstəriyor və onu — İstanbulun təbii gözəlliyi ilə mütənasib bir tövr vəziyyətdə saxlıyor.

 

İstanbul xanımı zərif və zövqi-səlim sahibi olduğu qədər evdar deyildir. Türk ailəsi hər şeyi bazardan alır, hətta qadın əlbisələri də bazardan gəlir. Çox vaxt ev xanımı bir həftəlik xörəyi birdən hazırlar, əti qovurar qoyar, sonra bəy əfəndi evə gələndə bir az qovurma alar, qızdırar, üzərinə də bir az labiyədən-mobiyədən tökər, xörək hazır olar.

 

İkinci məqaləmizdə İstanbul qadınlarının mənəvi həyalarından bəhs edəcəyiz.

 

Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür | İnter Press
.
 

II

 

Məqaləmizin birinci hissəsində Türkiyə qadınlarının İstanbulda seyr elədiyimiz qiyafə və adəti-ümumiyyətlərindən, maddi və zahiri cəhətlərini alaraq bəhs elədik. Bu dəfə də İstanbulda qadınların aldığı tərbiyə və qadınlar arasında mövcud olan mənəvi və ictimai hərəkətlərdən bəhs edəcəyiz

 

Oxumaq və yazmaq bilən islam qadınları haqqında bir statistik vücuda gətirilərsə, zənn edirəm ki, hər halda Türkiyə qadınları mümtaz bir mövqe qazanarlar. Avropa məktəbləri kimi müntəzəm olmasa da, Türkiyədə mövcud digər məktəblər qeydindən Osmanlıda bir çox ibtidai ünas məktəblərilə bərabər ünasa məxsus rüşdi və edadi dərəcəsində məktəblər də vardır. Xüsusi məktəblər də çoxdur: xalis qızlara məxsus olanları da var, qız və oğlan uşaqları ilə müştərək olanları da.

 

Bunlardan əlavə İstanbul kübar ailələri qızlarını xüsusi surətdə oxutdururlar. Avropalılar tərəfindən təsis olan ünas məktəblərinə də türklərdən nisbətən az da olsa gedənlər vardır. Məsələn, türk mühərrirlərindən məşhur Xalidə Ədib xanım əfəndi Amerika ünas mədrəsəsindən nəşət etmiş bir fazilədir.

 

Mütəvəssit sinif əhlindən olanlar qızlarına ancaq ibtidai bir təlim verməklə kifayətləndikləri halda, yüksək təbəqədən olanlar bu qədər az təhsillə bəslənməzlər. Onlar türkcəni yaxşı bir surətdə öyrəndikləri kimi, alim bir türkün bilməsinə məcbur olduğu fransızcanı təhsil etdirirlər.

 

Bunlardan əlavə qadınlara məxsus sənayei-nəfisədən, musiqidən, rəsmdən dəxi birərini də öyrənmək, ədəbiyyatla məşğul olmaq, – şerşünaslıq istanbullu kubar bir xanımın istəkli məşğələsini təşkil edər. Əcnəbi lisanlardan fransızcadan başqa qadınlar arasında ingiliscə də təhsil olunur. Bu da ingilis və Amerika məktəblərində təhsil edən qızların nəsibidir.

 

Məşrutiyyənin elanından sonra qadınların tərbiyəsinə əhəmiyyət verilərək, “İttihad və tərəqqi” cəmiyyəti tərəfindən Qadirğədə və sair məhəllələrdə müntəzəm ünas məktəbləri təsis və güşad olunduğu kimi, Amerikan ünas kollecinə xas ali dərəcəli bir ünas məktəbinin təsisi də düşünülmüşdür. Məzkur məktəbin projesini Əhməd Rzabəy hazırlayıb, bu xüsusda bir çox məsai sərf olundu və boğaz içində gözəl bir bina salınaraq işə başladı. Fəqət Türkiyədə vaqe olan mütəvali ixtilallar və nəhayət Balkan müharibəsi bu xeyirli işin də hələlik natamam qalmasına səbəb oldu.

 

İstanbul xanımları arasında təhsilati-ibtidaiyyə və taliyyənin gərək bizlərə və gərək İrana nisbətlə uca bir mövqedə olduğunu İstanbulun küçələrini gəzərkəndə görmək mümkündür. Hər tərəfdə: barkaslarda, konkalarda, avtobuslarda, kitabçı dükanlarında bir çox xanımları görərsiniz ki, kamali-təəllüqlə qəzetə oxuyurlar və kitab alıyorlar. Xülasə, hər bir təsadüfdə mümarifmənd olduqları təzahür edər. Orada oxumuş və “yazı-pozu” görmüş qadınlar hər halda Avropa məmləkətlərində olduğu qədər çox deyilsə də, bizdə olduğu kimi də barmaqla göstəriləcək halda deyildir.

 

Türk xanımları yalnız oxumaqla qalmazlar. Onların bir çox kişilərə belə təfərrüğ yetirən mühərrirələri də vardır. Məzkur mühərrirə əfəndilərin şöhrətləri hətta o qədərdir ki, zənn edərəm, onları tanımaq üçün mənim bu kiçik məqaləmə belə ehtiyac yoxdur. Nigar Binnət Osman, Fatimə Aliyə xanımları Qafqasiya qareləri bilməz deyildirlər. Bunlar haqqında Bakı qəzetlərində bəzi məlumat verilmişdir. Bu iki möhtərəmə fazilələr İstanbulun kübar sinfindən paşa nəslindən yetişmə şairə və mühərrirlərdir. Ara-sıra məqalələri və mənzumələri İstanbulun ən mümtəne qəzetə və məcmulərini təzyin edər. İkisi də fransızcanı gözəl bilirlər.

 

Hələ Fatimə Aliyə xanım fransızca gözəl inşa edər. Fatimə Aliyə xanımın ərəbcəsi də mükəmməldir. Tarix və əqaidi-islamiyyə haqqında böyük bilgiyə sahibidir. Hal-hazırda fransızca olaraq “İslamiyyətdə qadının mövqeyi” mövzusuna aid mühüm bir əsər yazmaqdadır. Bəzən qəzetələrdə nəşr olunan məqalələrindən də böyük məlumat sahibi olduğu anlaşılır. İkinci xanım da sinəsi dolu adamlardandır. Bir az da mütəşəxxisdirlər. Fəqət Türkiyə qadınlığı onlarla nə qədər fəxr edə bilərsə,  bəlkə ondan bir az da artıq digər cavan bir mühərrirə və ədibəsilə də iftixar edə bilər. Bu Xalidə Ədib xanımdır ki, əvvəlcə Müxlis (təxlis) “Saleh” idi (Xalidə Saleh).

 

Xalidə Ədib xanım türklərin ən fəal və həssas ədiblərindəndir. Gözəl üslubu var. Olduqca sadə yazar. İntixab elədiyi mövzularını qayət istedadanə bir surətdə kəmali-ehtiyat ilə inşa edər. Xalidə xanım romançıdır. “Xarab məbəd”lər və “Xəndan” kimi təziyə hekayələri və tədrisə aid bəzi kitabları mətbudur. Əksər hekayə və romanlarını “Tənin” vasitəsilə nəşr edər. Onun yazıları çıxdıqda “Tənin”in satışında mühüm bir irəliləmə görünür. Xalq Xalidə xanımın yazısını sevə-sevə oxur. Mən beşəxsə “Tənin” vasitəsilə felyeton şəklində nəşr olunan “Xəndan”ı müntəzəm oxuyur və kamali-intizarla ‘Tənin”in sabahkı nüsxəsini gözləyirdim. Son əsəri olan “Yeni Turan” xəyali romanı da olduqca gözəl və gözəlliklə bərabər “ideal” bir şey idi. Heyf ki, nədənsə tamam olmadı.

 

* * *

 

Xəlidə xanımın yazılarına və qadınlar məclisində söylədiyi sözlərinə baxıldıqda kəndisi həm milliyyətpərvər, həm də demokratdır. Xalqı sevər və xa!q içinə girməkdən çəkinməz. O, bədbəxt bacılarının, talesiz qardaşlarınm ən həssas və ən istiqanlı bir yoldaş və rəhbəridir.

 

Xalidə xanım, yuxarıda bilmünasibə zikr olunduğu vəchlə, İstanbulda, İskidirdə mövcud Amerika ünas kollecində təhsil etmişdir. Gözəl ingiliscə bilir, ingiliscə oxur və yazar. Fransızcası da mükəmməldir. Bir çox zaman Avropaya səyahət etmiş, Londonda müddətlərlə qalmışdır. Avropalılar arasmda böyük şöhrəti və hələ ingilis miyanında olduqca hörməti vardır. Bəzi ingilis və fransız jurnallarında da məqalələri basılır.

 

Xalidə xanım türklüyün istiqbalı haqqında nikbindir. Ümidvardır. “Yeni Turan” romanında bu nikbinliyinin müsəvvər gözəl parçaları vardır. İləridə türk fəlsəfəsi, türk tarixı, türk sənəti, türk musiqisi və bir kəlmə ilə bir türk mədəniyyət şəşəədarı mövcud olacaqdır.

 

Buna Xalidə xanımın imani bir kəmaldır. Böyük türk mühərrirəsi, müəllimlik və mühərrirliklə keçinir. Qadirğə ittihad və tərəqqi ünas məktəbinin müdirəsi və iskidir ingilis ünas kollecinin türkcə müəiliməsidir.

 

Xalidə Ədibə xanımdan başqa “Məzama — məzaları qəzetələrdə görünən yazıçı xanımlar da vardir. Bunlardan ən ziyadə məəruf olanları bunlardır: Qədriyyə Hissiyyə, Əminə Səmiyyə, Xeyriyyə Malik Hüvanc, Nəzihə Müxlis, Səlimə Sərvət və sairə. Bunlardan əvvəlincisi Qədriyyə xanım Misir prinseslərindən olub ərəbcə də yazar, türkcədə. Bu üsanların ikisində də asari-mətbuisi vardır.

 

Təbii aralarında bu qədər alimləri və ədibləri olan istanbul xanımlarından özlərinə məxsus mətbuat ilə yenə özlərinə məxsus blr həyati-ictimai gözləmək haqqına malikiz. Bu xüsusda da müşahidətimiz azadəlikdir. Daha məşrutiyyətdən əvvəl Əbdülhəmidin təxsisiyyətiiə də olsa “Qadınlara məxsus qəzetə” namilə bir qəzetə nəşr olunuyordu. Məşrutiyyət elan olunduqdan sonra məzkur qəzetə bağlandı. Ondan sonra müxtəiif ünvanlarla bir neçə qadin qəzetəsi təsis olunmuşsa da, bir növ payidar olmayaraq tətil olunmuşdur. Qadın qəzetələrinin bu surətiə ayaq tutması bir baxışda gostəriyor ki, Istanbul qadınları arasında hənuz lazım olduğu qədər maarif təlim edilmədiyi kimi qadınlıq hıss və əfkarı da hənuz təsis etməmısdr. Halbuki, İstanbul qadınlığı tamamilə həyati-ümumiyyə və ictimaiyyədən məhrum deyildir. Bəlkə bir nəzərdən aləmi-islamda, İstanbul qadınlıq hərəkəti nöqteyi-nəzərindən ən birinci nöqtədir. Burada əbədilik yövmi bularaq “Qadınlar dünyası” namində bir qəzetə nəşr olunuyor. Bu qəzetə əvvəlcə çıxmaqda olan qadın qəzetələrinə nisbətən, maddətən aşağı bir dərəcədə isə də mənən onlardan yüksəkdir. Çünki, bu vaxta qədər qadınlar üçün nəşr olunan qəzetələr əksərən ərlər tərəfindən idarə və təhrir olunurdu. Bəlkə də ədəmi-müvəffəqiyyətlərinin bir səbəbi də bu idi. Halbuki “Qadınlar dünyası”nı ancaq qadınlar nəşr ediyor, müdiri — məsulu da, mühərrirləri də, idarə edənləri də qadınlardır. Özü də kiçik qitədə yovmi olaraq nəşr olunuyor.

 

Qadınların özlərinə məxsus “Təali nisvan” namində bir cəmiyyətləri də vardır. Bu cəmiyyətin məqsədi qadınları bulunduqları dərəkdən yüksəltmək və onları mənən, ruhən qüvvətli etməkdir və özlərinin bəşər olduqlarını özlərinə bildirməkdir. Bu məqsədlə məzkur cəmiyyət qadınlara məxsus olmaq üzrə ümumi leksiyalar tərtib edir. Leksiyaları xətibələr oxurlar. Çox kərə cəmiyyət idarəsi məşhur ərkək xətiblərini də qadınlara məxsus ieksiya oxumaq üçün dəvət edər. İstanbulda buna irad etməzlər. Ərlər arvadlar üçün xütbə də oxurlar, mövizə də edərlər. Leksiyalar da verərlər, teatro da gətirirlər. Teatrolar məxsusən iki tərəflidir. Həmişə hansı bir pyes tamaşaya qoyularsa gündüzlər qadınlara, axşamlar isə ərkəklərə məxsus olur.

 

Siyasi, milli məsələlərdə hələ vətənin müxatirəli və fəlakətli zamanlarında İstanbul xanımlarının göstərmiş olduqları həyəcani-vətənpərvəranəni təqdir etməmək insanın ixtiyarında deyildir. Balkan müharibəsi, Sasunda müharibənin ikinci dəfə başlanması münasibətilə darülfünün salonunda iniqad edən qadmlar mitinqi öylə vətənpənvəranə təzahüranə məzhər oldu ki, hər halda İstanbul ərlərindən pullarını əcnəbi banklarda gizlədən paşalardan bir çoxunun üzünə qızarda bilər idi. Vətənin rnüdafiəsi öçün qadınlar üst-başındakı zər və zinyətlərini, qulaqlarındakı sırğalarını, qollarındakı qolbağlarını da çıxarıb veriyorlardı, sonra bir çox cavan qızlar və cavan qadınlar “Hilal Əhmər” xəstəxanələrində xəstə baxıcılığı ediyor və vətənin müdafiəsi yolunda yaralanan qardaşlarına mərhəmət bacılığı ediyordular. Bu mərhəmət bacılığının fotoqraflari klişe olunub qəzetlərə də keçiyordu. Mərhəmət bacısı sifətilə meydani — müharibəyə gedən xanımlar da var idi.

 

Ələl-ümum müsəlmən qadınlarının müharibə əsnasında göstərdikləri xidmətlər saymaqla qurtarmaz. Böyük ailələrə mənsub bir çox xanımlar əsgərlərə köynək, tuman tikmək və pərəstarsız qalan mühabirlərə və şühəda yetimlərinə yemək və geymək hazırlamaq kimi xudaya xoş gələn işlər görüyorlardı. Hətta əllərinə cübbələr alıb “Hilal Əhmər” üçün ianə yığanlar da var idi. Təbii, bütün bunlar aləmi-islamda əsil olan qadın əsarətinin zamanın icabı və vaxtın müqtəzası sayəsində göstərdiyi müsaidə əndazəsində oluyor, vase və ümumi bir miqdarda deyil, buna bütün ictimai cərəyanların Türkiyədə yaxın bir zamandan bəri məşrutiyyətin elanından sonra vücuda gəldiyi, binaən əleyh hənuz cavan olduğu da, ayrıca bir səbəb təşkil edər. Fəqət Türkiyə qadınları bu əsarətin ilğasını da düşünüyorlar. Bu xüsusda gələn dəfə.

 

III

Məqaləmizin bu hissəsini də Türkiyə qadınlarının hürriyyətləri xüsusunda göstərdikləri bəzi təşəbbüsləri ilə Türkiyədə qadın məsələsi haqqındakı nəzəriyyələrə və bu yolda vaqe olan həvadisi-mühümməyə həsr edəcəyiz.

 

Əvvəlcə “Hilal Əhmər” üçün ianə yığmaq istəyən iki müsəlman xanımının başına gələndən başlıyalım:

İki nəfər kübar ailəyə mənsub müsəlman qızı əyinlərinə birər ianə cübbəsi alaraq “Hilal Əhmər”ə ianə yığmaq qəsdilə Bəyoğlanda vaqe tuqatlayan qəhvəsinə girər və orada oturanlardan ianə yığmağa başlarlar. Bunları görən polis müşar ileyhəni qəhvədən çıxdıqlarında tövqif edər və polis uçastokuna gətirər. Uçastokda bunlara nədən böylə xilafi-təsəttür və adət bir işdə bulundunuz — deyə xitab olunca, onlar “biz öz arzu və bildiyimiz kimi rəftar edə biləriz” deyə cavab verirlər. Sabahı bu vəqəədən bəhs edən “Təsviri-əfkar” qəzetəsi məzkur iki müsəlman xanımının bu rəftarını “Kəpazəlik” (həyasızlıq) — deyə adlandırır və o yolda tənqid edər. Hətta başqalarına ibrət olmaq üçün bu “iki çarşaflı kəpazənin” isimlərinin təşhir edilməsini belə tələb edir. “Təsviri-əfkar”ın bu surətlə hücumuna məhəlli qəzetlərdən kimsə müqabilə etmədiyi kimi məhəl ürəfasından da bir kəs səs çıxarmadı. Yalnız İstanbulda olan rusetin türkcə qəzetələrin müxabirləri “Təsviri-əfkar”ın bu hərəkətini protesto edirlər və bunların bu xüsusda yazdıqları məktub bir neçə gün sonra “Yeni qəzetə” vasitəsilə nəşr olunur.

 

Türkiyə qadınlarında ki, mühüm bir intibahın mövcuddiyyətini keçən məqaləmizdə zikr olunan vaqeələrlə bərabər yuxarıdakı vəqəə də isbat edər. Məşrutiyyətdən sonra qadınlar tərəfindən hürriyyətləri xüsusunda bir neçə dəfə siyasi təşəbbüslərdə Əhməd Rzabəyin bacısının iştirakı ilə bir qadın heyəti hökumətə müraciətlə qadınların mövqei-ictimailərini nəzər diqqətə alaraq onların azadlıqları və tərəqqilərini təshil edici tədbirlərin ittixazı ilə lazım gələn qanüfnların nəşrini istəmişlərdi. Yenə osmanlı tarixməndəsi ilk dəfə vaqe olaraq eyni məqsədlə bir qadın heyəti şövkətli Sultan hüzuruna belə çıxmışdı.

 

Fəqət qadınlarda boylə bir intibahi-fikriyyə oyandığı və bəzi dairələrdə onların bu intibahını xoş görənlər olması ilə bərabər ‘Təfsiri-əfkar””kimi qadın hərəkətinin əleyhində bulunanlar da az deyildirlər.

 

Məqaləmizin birinci hissəsində söylədik ki, qadın əsas etibarı ilə Türkiyədə də əsirdir, yenə söyləyə biləriz ki, Türkiyədə ki, müsəlmanların da qadın haqqındakı nəzərləri əsas etibarı ilə bizdəkinin eynidir.

 

Türkiyədə hansı bir hökumət iş başına gəlirsə, özünü avam əhaliyə bəyəndirmək üçün ilk əvvəl qadınlar haqqında təsəttürü gözədəcək misalda bir qərar nəşr etdirər. Hətta bəlkə də bu qərarları və fitvaları ilə, gərək hökumət və gərək yenə hökumətdən bir cüzi olan babi-məşyəxət, yalnız avam deyil xəvasdan da bir qismini razi etmək istərlər. Çünki İstanbulda xəvasdan belə bir çoxunu qadınlar hürriyyəti əleyhində görərsiniz. Məsələn, təqribən bir sənə bundan əvvəl qadın məsələsi üzərinə Osmanlı mühərrirləri miyanında hərarətli bir bəhs açıldı.

 

Osmanlı mühərrirlərindən şairi-məşhur cənab Şəhabəddin bəy qadınların və qadın hərəkatmın əleyhində idi. Buna qarşı cavan mühərrirlərdən Cəlal Nuri ilə Həmdullah Sübhi bəy çıxdılar. Cəlal Nuribəyin müdafiəsi dostanə olduğu halda Həmdullah Sübhi bəyin ki, daha səmimanə və o nisbətdə də hücumkaranə idi. Sübhi bəy bütün iqtidar ilə müsəlman qadınlarınm bulunduğu mövqei təsvir və qapalı evlərdə yaşayan İstanbul qadınlarının nələr çəkdiyini yanqılı bir lisan ilə təhrir ediyordu. Bu gənc mühərrirlər əlində ərqam olaraq isbat ediyordu ki, İstanbulda qadınlar arasında vərəm dəhşətli təxribat icra ediyor və islam qadınları hər kəsdən ziyadə ölüyorlar. Mübahisəyə bir çox mühərrirlər dəxi müdaxilə etdilər. Qadınlardan da iştirak edənlər oldu. Xalidə Ədib xanım cənab Şəhabəddini qamçıladı. Çünki, müşar-ileyhin bu qədər gurultuya səbəbiyyət verən məqaləsi qadınları ümumən və Xalidə xanımı xüsusən təhqir ediyordu. Cənab Şəhabəddin bəyin Xalidə xanımın məqaləsi nəşr olunduqdan sonra ianə etizal etməkdən başqa çarəsi qalmamış idi. Məzkur qələm mübahisəsində gərək əsas məsələyə və gərək Türkiyə qadınlarının əhvalına aid bir çox məsələlər də zəminən öyrəniliyor və bəzi gizli həqiqətlər kəşf olunuyordu. Mübahisənin faydası qeyri-qabili-əfkar idi. Fəqət Şeyxülislamm bir fitvası ilə artıq qəzetələr bundan bəhs edəmməz oldular və məsələ bu surətlə həll olunmadan qapandı.

 

Zatən qadıniarın hürriyyəti məqsədini mütəzəmmin olan nəşriyyata Türkiyədə hələ meydan yoxdur. Məsəiən, aləmi-islarrıda ünas məsələsindən iik əvvəl ətraflıca bəhs edən və kamili-cəsarətlə qadınların azadlığı haqqında sədayi-əsilanə səsini ucaldan Qasımbəy Əminin məşhur iki əsəri-nəzirini məmnu edər. “Təhrir-əlmərrat”nın neçə il bundan əvvəl türkcəyə tərcümə olunan nüsxələri müsadirə edilmişdir. Halbuki, onun əleyhində yazııan əsərin tərcüməsi kəmali-azadlıqla satılmaqdadır.

 

Qadınların özlərinə istiqlal qazanmaq və vase bir mərifət kəsb etmək üçün ibraz etdikləri təzahüratdan şayani-qeyd birisi də atidəki, vaqəədir:
Türkiyə hökuməti Avropaya təlimə göndərdiyi kimi bir qaç qız talibətin də göndərilməsinı dərtəhti-qərara almışdir. Fəqət təsəttürün vücudu ilə müsəlman qızları Avropaya gedəmmədiklərindən Avropaya göndəriləcək talibatın xristiyanlardan olacağı təbii görülmüşdur.

 

İştə məsələnin bu surətlə həllini müsəlman qızları ələnən protesto etdilər. Qəzetələrə göndərilən məktublarda türk xanımları bu qərarın ədasətdən uzaq olduğunu isbat edıyor və xristiyan vətəndaşlarının əleyhinə olmamaqla bərabər özlərinın də təhsili-alidən məhrum tutulmamalarını tələb ediyorlardı. Hətta müsəlman qızlarından birisi “Sabah” qəzetəsinə göndərdiyi məktubunda bir picə (rübənd)lərimizi Avropada da mühafizə edər və məktəbə davam ediyoruz, — diyordu. Məlumdur ki, doktorları, şairləri və mühərrirlər miyanında belə müsəlman qadınının bu gün bulunduğu halını caiz görənlər bulunan bir mühitdə bu kimı tənbilər müfritanə ədd olunur və qəbula keçməz. Oylə də oldu.

 

İstanbulda qadın hürriyyəti üçün mücahıdə edən mühərrırlərdən birisi də həmşəhrimiz Məhəmməd Hadi əfəndidir. “Firdovsi-ilhamat” sahibi İstanbulda “Məhtab” namində nəşr olunan həftəlik qəzetənin mühərriri idi. Bu qəzetədə qadınlar və onların hürriyyəti haqqında yazdığı atəşin məqalələrilə əzhanı cəlb ediyordu. Nəhayət xocaları (mollaları) və ərbabi-təəssübü də qoşqulatdırdı, idareyi-ürfiyyə tərəfindən təhti tövqifə almaraq bir neçə gün həbsdə bulundu, “Məhtab” dəxi bağlandı.

 

Bütün buna müsaid hallara rəğmən yenə qadın hərəkəti böyüməkdə və qadınlar gündən-günə mövqe tutmaqdadırlar.

 

Cavanlar arasında qadınların hürrıyyət tərəfdarı olanlar get-gedə çoxalır. Bu xüsusda Şimali türk qızlarından dörd nəfər xanımı “Hüal Əhmər” xəstəxanalərində çalışmaq surətilə İstanbulda bulunmaları dəxi olduqca hüsn-təsir bəxş elədi. Cavanlar ruəsiyədə vücuda gələn azad və maarifmənd müsəlmarı ailələrini təqdir edir və arzu ediyorlar ki, mümkün olur isə bunlardan hər sənə gəlsinlər və haman sərbəstanə gəzsinlər, dolansınlar tainki, buradakı müanidlər də görsünlər ki, bundan müxalifi-ismət, namus, heç bir şey yoxdur.

 

İndi türklər özlərində dəxi bu kimi xüsusı surətdə təfrid etmiş və yaxın ailələr arasında kişilərdən gizlənməyən xanımlar vardır və bunlar getdikcə çoxalır. Əlbəttə hər yerdə olduğu kimi Türkıyədə də qələbə gəncliyindir. Yalnız hümmət istər ki; gənclər qələbələrini sıyasi mövqelər ehrazından ziyadə bu kimi əsasların müzəffərisində görsünlər və onun üçün çalışsınlar.

 

Bütün müsəlman aləminə bərabər Türkiyə də bilməlidır ki, ailə əsarəti və ailə istibdadı üzərinə təşkil edilən millətlər heç bir vaxt ailə hürriyyəti və ailə səadəti məbnaları üstündə qurulan millətlərlə mübarizə edə bilrnəzlər. Qadın bir millətin nisfi-mühümmünü təşkıl edir. O, aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur — deməkdir. Qasım bəy Əmin mərdümşikə məfluc bir adamla səhih üləza bir adam bərabər olamaz və xəstə adam bəlildir ki, sağ və salim bir adamla döyüşə də bilməz.

 

Bu və bu qəbil nəsihətləri indi bu süfur kənarlarlnda verilən konqreslərdə (leksiyalarda) eşitmək qabil olduğu kimi, İstanbulda çıxan qəzetələrdə də ara bir oxumaq olur.

 

Fəqət bununla bərabər bütün Balkan məğlubiyyətıni qadınların dar yubka geymələrində görənlər də var. Onlarla da mübarizə aparmaq lazım gəliyor.

 

M.Ə.RƏSULZADƏ

 

“İqbal” N 397, 398, 403, 420, 422;
28 və 30 iyun, 5, 25 və 28 iyul 1913

 

məsirə – gəzmək yeri, seyrəngah
məğrub – arzu edilən
tə’dil – dəyişiklik
pıc – sarıq
səvar – minmə
nəvanma – bir növ
ruhəfza – könül açan
məşyəxət – şeyxlik
əbədzındə – daima diri olan, ölməz
təsəttur – örtünmə, yaşınma
rüşdi – natamam orta təhsil
edadi – orta təhsil
fazil – fəzilət sahibi
mütəvəssit – orta
təvəllüğ – dərindən araşdırma
məfərrüğ – fərqli
müxlis – sadiq, sədaqətli
şəşəə – parlaqlıq, dəbdəbə
məza-ma-məza – ərəbcə: “olan oldu, keçen keçdi” mənasında ışlədilən ifadə
məəruf – tanınan
“təali-nısvan” – qadınların yüksəlişi
xəvas – xassə
ərqam – rəqəmlər
mütəzəmmin – əhatə edən
təhrir-əlmərrat – dəfələrlə yazılmışlar
müanid – müxalifətçı
ehraz – qazanma, əldə etmə

 

 

qadinkimi.com